Nazir: "Universitetlərdə yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb"


Digərləri 13 Fev 2020 16:33:32 68 0

Nazir: "Universitetlərdə yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb"

"Son illər ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat olaraq innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər artırılıb".

© Report/ Firi Salim — Təhsil naziri Ceyhun Bayramov

"Son illər ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat olaraq innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər artırılıb".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Sabahın alimləri” IX respublika müsabiqəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb.

C.Bayramov qeyd edib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir: "Bu çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi bir sıra uğurlu təşəbbüslər həyata keçirib".

O vurğulayıb ki, bu günə olan məlumata əsasən, “Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb ki, onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür".

Nazirin sözlərinə görə, sayca doqquzuncu dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi ölkədə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.