"Bank Respublika"nın Open APİ layihəsi beynəlxalq forumda təqdim olunub


Digərləri 13 Fev 2020 16:30:00 158 0

"Bank Respublika"nın Open APİ layihəsi beynəlxalq forumda təqdim olunub

Fevralın 12-də  Bakıda "Visa" beynəlxalq kart təşkilatının, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə "Driving the Future" mövzusunda "Visa Cashless Forum" keçirilib.

Qafqazda ilk dəfə olaraq keçirilən forumda müasir ödəniş sistemini yaradan amillər, innovasiyalı ödəniş variantları, bank sektorunun gələcəyi, rəqəmsal bankçılığın müxtəlif inkişaf yolları, nağsdsız ödənişlərin təşviqi və s. mövzular müzakirə edilib.

Forumda iştirakçılar tərəfindən ən çox maraqla qarşılanan mövzulardan biri isə, ölkəmizdə ilk dəfə olaraq Bank Respublika tərəfindən təqdim edilən "Open Banking" layihəsi olub. Bu layihə çərçivəsində bankda hal-hazırda mövcud olan 12 ədəd Open API vasitəsilə developerlər, bank müştəriləri üçün yaratdıqları müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlərini müştərilərin bank məlumatları ilə təmin edə bilər. Nəticə etibarilə müştərilər sadəcə bir bank əlavəsindən deyil müxtəlif funksiyalı əlavələrdən yararlanaraq öz bank təcrübələrini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıra biləcəklər.

Open Banking yanaşmasının Azərbaycan bazarı üçün yeni olduğundan, Bank ötən ilin sonunda "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə olaraq OpenBanking Lab pilot layihəsinə start vermişdir. 16 həftə davam edən layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim etdillər. Fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq "Bank Respublika" ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test (SandBox) rejimində olan Open API interfeysi təqdim edilmişdir.  

Forumda həmçinin Akhundoff Networks şirkəti ilə əməkdaşlıq nəticəsində Portamanat.az saytında pilot formatda hazırlanmıs Open API-ların praktik tətbiqi nümayiş etdirilmişdir.