MSK ATƏT/DTİHB-in müraciətini təmin etdi


Siyasət 13 Fev 2020 16:20:40 116 0

MSK ATƏT/DTİHB-in müraciətini təmin etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

© Report

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyası ləğv edilsin.

Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Hazırda MSK-nın iclası davam edir.