Azərbaycanda neçə nəfər 8 000 manatdan çox maaş alır? - EKSKLÜZİV


İqtisadiyyat 13 Fev 2020 15:22:16 170 0

Azərbaycanda neçə nəfər 8 000 manatdan çox maaş alır? - EKSKLÜZİV

Azərbaycanda nə qədər adam 8 000 manatdan çox maaş alır?

© Report — Sahib Ələkbərov

"Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensialkifayət qədər böyükdür".

Bunu "Report"a açıqlamasındaİqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər olduqca çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur.

"Məsələn, kənd təsərrüfatı sahəsini götürsək, burdan 20 ildən çoxdur ki, torpaq vergisindən başqa heç bir vergi tutulmur.Bu güzəştin də məbləği100 milyonlarla manatla ölçülür. Büdcə bu pulu ala bilərdi, amma kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qalır. Həmçinin keçən ildən əməkhaqqısı 8 000 manata qədər olan, qeyri-neft sektorunda və özəl sektorda işləyən şəxslərdən gəlir vergisi tutulmur. Azərbaycanda 8 000 manatdan çox əməkhaqqı alanların sayı 600-dən bir qədər çoxdur. Bu da büdcə üçün maliyyə itkisi hesab edilə bilər, amma biz elə hesab etmirik. Bunlar hamısı ondan ötrüdür ki, uçot düzəldilsin, şəffaflıq təmin olunsun. Yəni dürüstlükbu itkiləri kompensasiya edir. Ötən il büdcəyə 1 milyard manat əlavə vəsaitin toplanması elə bunun hesabınadır. Yəni uçot, dürüstləşmə, şəffaflaşma, dövriyyələrin və yayınanların üzə çıxarılması, vergiyə cəlb olunması bunların hamısını kompensasiya edir. Düşünürəm ki, nəticələr gələcəkdə bundan da yaxşı olacaq”, - Sahib Ələkbərov qeyd edib.