İki nazirliyə yeni tapşırıqlar verildi


Sosial 13 Fev 2020 15:28:32 144 0

İki nazirliyə yeni tapşırıqlar verildi

Azərbaycanda narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi üçün iki quruma tapşırıqlar verilib.

Azərbaycanda narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi üçün iki quruma tapşırıqlar verilib.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş planı"nda qeyd olunub.

Belə ki, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi və təkmilləşdirilməsinin icrasıSəhiyyə Nazirliyi vəDaxili İşlər Nazirliyinəaidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə tapşırılıb.