“Etilenpolietilen” zavodunun etilen istehsalı 2 dəfədən çox artacaq


Digərləri 13 Fev 2020 15:19:00 162 0

“Etilenpolietilen” zavodunun etilen istehsalı 2 dəfədən çox artacaq

Modernləşdirmə işlər başa çatdıqdan sonra "Etilen-polietilen" zavodunun etilen üzrə istehsal gücü 2,3 dəfə artacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Etilen-polietilen" zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.

O bildirib ki, 2017-ci ildə "Etilen-polietilen" zavodunun etilen istehsalı təxminən 100-120 min ton təşkil edirdi:

"2017-ci ildə propilen istehsalı 80-100 min ton təşkil edirdisə, 2020-ci ildə bu göstərici 187 min tona bərabər olacaq".