“Airbus”un ötən ildəki zərəri açıqlandı


İqtisadiyyat 13 Fev 2020 14:53:59 137 0

“Airbus”un ötən ildəki zərəri açıqlandı

“Airbus” şirkətinin 2019-cu ildəki xalis zərəri 1,36 milyard avro (1,48 milyard ABŞ dolları) təşkil edib.

“Airbus” şirkətinin 2019-cu ildəki xalis zərəri 1,36 milyard avro (1,48 milyard ABŞ dolları) təşkil edib.

“Report” şirkətin məlumatına istinadən xəbər verir ki, şirkətin gəliri 2018-ci ilə nisbətən 11 faiz artaraq 70,5 milyard avro təşkil edib.

“Airbus”un rəhbəri Gilyom Fori də kommersiya təyyarələrinin satışı sayəsində xeyli uğur qazandıqlarını bildirib:“2020-ci ildəki hədəfimiz maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün korporativ mədəniyyətini gücləndirmək, iş prosesini təkmilləşdirmək, məsrəfləri nizamlamaq olacaq”.

AFP xəbər verir ki, şirkətin çəkdiyi zərər xeyli dərəcədə Fransa, Böyük Britaniya, ABŞ kimi ölkələrdə korrupsiyaya dair istintaqların dayandırılması müqabilində ödədikləri 3,6 milyard avroluq vəsaitlə bağlıdır.