Azərbaycan nefti bahalaşır


Digərləri 13 Fev 2020 14:52:00 117 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 60,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel çoxdur.