Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib


Dünya 13 Fev 2020 14:45:45 122 0

Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün A. Nazarbayev "Facebook"da bildirib.  

A. Nazarbayev ailəsinin ona təzyiq göstərdiyi üçün bu addımı atdığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya barədə məlumata malikdir.

Qeyd edək ki, ötən ilin oktyabrında Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.