Dövlət Departamenti: Suriyada irimiqyaslı münaqişə istisna olunur


Dünya 13 Fev 2020 14:36:38 121 0

Dövlət Departamenti: Suriyada irimiqyaslı münaqişə istisna olunur

ABŞ, İsrail, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyada irimiqyaslı hərbi münaqişə istisna olunur.r

"ABŞ, İsrail, Türkiyə vəRusiyanın iştirakı ilə Suriyada irimiqyaslı hərbi münaqişə istisna olunur".

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaraya səfəri zamanı bildirib.

“Hazırda ABŞ, İsrail, Türkiyə vəRusiya kimi böyük oyunçuların iştirakı ilə regionda irimiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalını istisna edirik. Çünki bu ölkələr çox ehtiyatlı davranır”, - o deyib.

Amerikalı diplomat adıçəkilən ölkələrin bütün ziddiyyətlərini diplomatik yollarla aradan qaldırmağa çalışdırlarını söyləyib.

Qeyd edək ki, C.Cefrinin başçılıq etdiyi heyət İdlib yaxınlığında 5 türk hərbçisinin həlak olmasından dərhal sonra fevralın 11-də Türkiyəyə gəlib və bir sıra danışıqlar aparıb.