Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB


Sosial 13 Fev 2020 14:20:00 138 0

Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır - VİDEO - YENİLƏNİB

​İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.

© Foto: "Report"

Video əlavə olunub

*** 12 fevral, saat21:14

İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Belə ki, həmin fermanınçobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızıAğayevavə ailənin 15 yaşlı qız övladı Samirə Elman qızı zəhərlənmə diaqnozuilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra ər vəarvadBakı şəhərindəki xəstəxanalardan birinəgöndərilib. Lakin həkimlərin səylərinə baxmayaraqS.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Lakin hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, zəhərlənmə evdə konservləşdirilmiş pomidor turşusundanolub. Belə ki, ikigün öncə ailənin hər üç üzvü pomidor turşusu yeyib, birgün sonra isə vəziyyətləri pisləşib. Nəticədəbu gün səhər saatlarında ailənin hər üç üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.