Onlayn narkotik satan "Baba” və “Orxan XX” həbs edildilər


Digərləri 13 Fev 2020 13:57:00 387 0

Onlayn narkotik satan "Baba” və “Orxan XX” həbs edildilər

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumatda bildirilir ki, nəticədə dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib.

Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün "Baba", Orxan Ağayev isə "Orxan XX" kod adlarından istifadə edib.

Şəbəkə üzvlərinin törətdikləri cinayətlər haqqında ətraflı məlumat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mətbuat Xidmətinin əməkdaşlarının real əməliyyat görüntüləri əsasında birgə hazırladıqları videomaterialda qeyd olunub.