Rusiyada ağır qəza: 8 Ukrayna vətəndaşı öldü


Dünya 13 Fev 2020 13:46:00 163 0

Rusiyada ağır qəza: 8 Ukrayna vətəndaşı öldü

Rusiyada baş verən yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Pskov vilayətinin Pustoşkin rayonunda qeydə alınıb.

Faktı Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Yekatrina Zelenko təsdiqləyib.

O bildirib ki, fevralın 13-ü gecə saatlarında Ukrayna dövlət qeydiyyat nişanlı mikroavtobus yük avtomobili ilə toqquşub.