Ərindən qaçıb başqası ilə yatdı


Şou-biznes 13 Fev 2020 13:35:00 167 0

Ərindən qaçıb başqası ilə yatdı

Ötən gün təqdim olunan "Sevgi romanı" filmi müzakirələrə səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ekran işinin süjet xətti və səhnələri olub.

Ana xəttin xəyanət olduğu serialda baş rolları Oksana Rəsulova, Şəhriyar Əbilov, Azər Aydəmir və Zümrüd Bədəlova canlandırıb.

Filmin ilk kadrlarında qadına şiddət olunan səhnələr nümayiş etdirilib. Oksana onun həyat yoldaşını canlandıran A.Aydəmir tərəfindən döyülür və həmin gecə onu öldürmək istəyən ərindən qaçır.

Yolda Eldarla qarşılaşır (Şəhriyar Əbilov) və onunla rayonların birinə yollanır. Kənd evlərinin birində yeni tanış olduğu oğlanla vaxt keçirən və ərindən gizlənən obraz evli ikən həyat yoldaşına xəyanət etmiş olur. Cütlüyün yaxınlaşdığı səhnələr isə filmdə öz əksini tapıb.

Həmçinin, ekran işindəki dava səhnələri də müzakirə olunanlar sırasındadır. A.Aydəmir və Ş.Əbilovun meşəlik ərazidəki əlbəyaxa olduğu kadrlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.