Üç erməni idmançını məğlub edən Bakı məktəblisi


Sosial 13 Fev 2020 12:59:48 95 0

Üç erməni idmançını məğlub edən Bakı məktəblisi

Bakı məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Bakı məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, idarənintabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqibləri üzərində qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

On ikiölkənin qatıldığı yarışda V.Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.