İcazəsiz ov edən şəxslər saxlanıldı


Sosial 13 Fev 2020 13:03:06 93 0

İcazəsiz ov edən şəxslər saxlanıldı

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Qara təpə” və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakini Şahin Qədimov və Bakı şəhər sakini Teymur Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.