Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEO


Sosial 13 Fev 2020 11:58:15 51 0

Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEO

​Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturu və sərnişindaşımada əlçatanlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturu və sərnişindaşımada əlçatanlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2017-ci ilin dekabrından etibarən Bakı şəhərinin küçə və prospektlərində fiziki imkanları məhdud olan şəxslərin, uşaq arabası ilə hərəkət edən piyadaların rahat hərəkət etməsi üçün səkilərdə pandusların quraşdırılmasına başlanılıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a verdiyi açıqlamada bildirib ki, şəhərin mərkəzi hissəsində demək olar bütün səkilərdə pandusların quraşdırılması başa çatıb:

“Hazırda bu işlərmərkəzdən kənar hissələrdə davam etdirilir. Düşünürük ki, növbəti mərhələlərdə pandusların quraşdırılması fiziki imkanları məhdud şəxslərin daha çox üz tutduğu ünvanlarda, xüsusən də sosial reabilitasiya mərkəzlərinin, müalicə mərkəzlərinin ətrafındakı səkilərdə həyata keçirilsin. Eyni zamanda, yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə “ideal səki” layihəsi çərçivəsində də işlər görülür. “İdeal səki” layihəsinin bir çox müsbət cəhətləri var. Əsas müsbət cəhətlərindən biri odur ki, bu layihə çərçivəsində həm fiziki imkanları məhdud şəxslər, həm də digər piyadalar üçün uyğun hərəkət mühiti yaradılır".

M.Ağayev vurğulayıb ki, yararsız vəziyyətdə olan səkilərin asfalt örtüyü tamamilə yığışdırılır və xüsusi tamet plitələr qoyulur: "Bu zaman görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür. “İdeal səki” layihəsində düzəldilən səkilərin digər bir üstün cəhəti odur ki, hər hansı bir kommunikasiya xəttinin dəyişdirilməsi zamanı söküntü-qazıntı işlərinin aparılmasına ehtiyac olmayacaq. Çünki bu səkilər hazırlanan zaman örtük vurulmamışdan əvvəl səkilərin altına xüsusi borular atılır".

Agentik sözçüsü qeyd edib ki, hazırda bununla bağlıSəməd Vurğun küçəsi və Hənifə Ələsgərov küçəsində işlər davam etdirilir: "Nərimanov rayonu ərazisində bəzi küçələrdə bu işlər icra olunub. Qarşıdakı aylarda Nərimanov rayonu ərazisində Ağanemətulla küçəsi, Xoyski prospekti boyunca və Faiq Hüseynov küçəsi ətrafında daha geniş şəkildə icra olunacaq. Sadaladığım ünvanlar görmə imkanları məhdud olan şəxslərin daha sıx yaşadığı yerlərdir. Eyni zamanda, onlar üçün müəyyən edilmiş internat məktəbi, müalicə müəssisələri bu ərazilərdə yerləşir. Həmin ərazilərdə “ideal səki” layihəsi çərçivəsində bu cür taktil piltələrin düzülməsi təmin olunacaq. Həmçinin, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun ətrafında bu cür taktil piltələrin düzülməsi təmin olunub və gələcəkdə də bu işlər davam etdiriləcək”.

Video: Vüqar Xanlarov

Çinin kredit alması çətinləşdi like
  • 13 Fev 11:53  
İqtisadiyyat Çinin kredit alması çətinləşdi

Çinin kredit alması çətinləşdi

arrow Ətraflı
“Dedi ki, barışmasanız, efirdə sizi biabır edəcəm” like
  • 13 Fev 11:50  
Şou-biznes “Dedi ki, barışmasanız, efirdə sizi biabır edəcəm”

Elə bir tərbiyə ilə böyüməmişik ki, bağışlanmayacaq bir səhv edək.

arrow Ətraflı
Nərminin qətlində adı hallanan daha üç nəfər istintaqa çağırıldı like
  • 13 Fev 11:47  
Digərləri Nərminin qətlində adı hallanan daha üç nəfər istintaqa çağırıldı

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliy

arrow Ətraflı
Türkiyədə oturub Azərbaycanda onlayn narkotik satan şəxs həbs edildi like
  • 13 Fev 11:46  
Sosial Türkiyədə oturub Azərbaycanda onlayn narkotik satan şəxs həbs edildi

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaş

arrow Ətraflı
Daha bir qız həmcinsi ilə evləndi  FOTO like
  • 13 Fev 11:45  
Dünya Daha bir qız həmcinsi ilə evləndi FOTO

Şimali İrlandiyada bir ilk yaşanıb.

arrow Ətraflı
Etilen-polietilen zavodunda istehsal artacaq like
  • 13 Fev 11:40  
İqtisadiyyat Etilen-polietilen zavodunda istehsal artacaq

Etilen-polietilen zavodunda məhsuldarlıq artacaq

arrow Ətraflı
Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu like
  • 13 Fev 11:40  
Digərləri Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə

arrow Ətraflı
Son bir ayda 10 ölkənin vətəndaşları saxta sənədlərlə Azərbaycana keçmək istədi like
  • 13 Fev 11:39  
Sosial Son bir ayda 10 ölkənin vətəndaşları saxta sənədlərlə Azərbaycana keçmək istədi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin

arrow Ətraflı
Prezident İlham Əliyev milli komandamızı təbrik etdi like
  • 13 Fev 11:39  
Siyasət Prezident İlham Əliyev milli komandamızı təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın Güləş üzrə Milli komandasını qəl

arrow Ətraflı
Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq like
  • 13 Fev 11:36  
Digərləri Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qida Təhlükəsizliy

arrow Ətraflı
Qusarda quşçuluq ferması yanıb like
  • 13 Fev 11:28  
Digərləri Qusarda quşçuluq ferması yanıb

Qusar rayonunun Kuzunqışlaq kəndində ümumi sahəsi 960 m² olan quşçuluq

arrow Ətraflı
Azərbaycan gələcəyinə səs verdi  "Politşou" təqdim edir  VİDEOLAYİHƏ like
  • 13 Fev 11:20  
Digərləri Azərbaycan gələcəyinə səs verdi "Politşou" təqdim edir VİDEOLAYİHƏ

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunu

arrow Ətraflı
Bakı polisi bir gündə axtarışda olan 26 nəfəri saxladı like
  • 13 Fev 11:17  
Digərləri Bakı polisi bir gündə axtarışda olan 26 nəfəri saxladı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı