Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı AÇIQLAMA


Kriminal 13 Fev 2020 11:33:31 138 0

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı AÇIQLAMA

Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır.

Son.az xəbər verir ki, bunu modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:

"Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır".

Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:

"Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar".

Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib: