Magistraturaya ərizə qəbulu bu gün başa çatır


Digərləri 13 Fev 2020 10:22:00 120 0

Magistraturaya ərizə qəbulu bu gün başa çatır

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Qeyd edək ki, 13 fevral saat 10.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Bakalavrlar "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurub və təsdiq etməlidir.