Koronovirusa kişilər daha çox yoluxur


Dünya 13 Fev 2020 11:06:00 132 0

Koronovirusa kişilər daha çox yoluxur

Kişilər koronavirusa qarşı daha həssasdır.

Son.az bakupost-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" araşdırmalara və ekspert rəylərinə istinadla xəbər yayıb.

Bildirilir ki, Çin Milli Səhiyyə Komissiyası ölkə xəstəxanalarında ilk ölümlərin yaş-cins tərkibini təhlil edib və koronavirusdan ölənlərin üçdə ikisinin kişilər olduğunu müəyyənləşdirib.

Rusiyalı mütəxəssislər bunu kişilərin daha çox siqaret çəkməsi ilə əlaqələndirib.

Daha bir versiyada isə bu, kişilərin xəstəliklərə qarşı genetik dözümsüzlükləri ilə əlaqələndirilib.