Çində koronavirusdan ölənlərin sayı kəskin artdı - YENİLƏNİB


Dünya 13 Fev 2020 10:48:00 133 0

Çində koronavirusdan ölənlərin sayı kəskin artdı - YENİLƏNİB

Yeni yoluxma hallarının sayı da artıb - 14 840 nəfər

Çinin Hubey əyalətində fevralın 13-də koronavirusa yoluxan 242 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu, sətəlcəm xəstəliyinin yeni tipindən bir gündə qeydə alınan ən çox ölüm hadisəsidir.

Öncəki antirekord fevralın 10-da (103 nəfər) qeydə alınmışdı.

Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub.

***03:55

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsiməlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 1310 nəfərə, yoluxanların sayı 48,2 min nəfərə yüksəlib.

Məlumata görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb.Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib.

Komitə tərəfindən yayılmış bəyanatda qeyd edilir ki, Hubeyin inzibati mərkəzi Uhanda xəstəliyə yoluxanların sayı 32,9 min nəfəri ötüb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Syaoqan və Xuanqan şəhərləri qərarlaşıb. Bu şəhərlərdə virusa yoluxanların sayı 2,8 min və 2,6 min nəfərdir.

Bundan başqa, əyalətdə 9 mindən çox insan xəstəlik şübhəsi ilə karantindədir. Xəstəliyə yoluxanlarla ünsiyyətdə olmuş daha 77,3 min nəfər həkim nəzarəti altındadır.