Parkcinemada "Centlmenlər" filminin premyeası baş tutub FOTO


Digərləri 13 Fev 2020 10:39:00 146 0

Parkcinemada "Centlmenlər" filminin premyeası baş tutub  FOTO

Ötən gün Park Bulvar ticarət mərkəzində yerləşən "Parkcinema" kinoteatrında "Centlmenlər" filminin premyerası baş tutub.

Son.az bildirir ki, film təqdim olunmazdan əvvəl tədbirə dəvət olunan şəxslərə viski, kokteyllər, burqer və energetik içkilər təklif edilib. Qonaqlar Dj-in səsləndirdiyi mahnı sədaları altında rəqs etdikdən sonra filmin posteri ilə şəkil çəkdiriblər. Təxminən 1 saat davam edən partidən sonra filmin nümayişi baş tutub. Qonaqlar arasında tanınmış model və bloqerlər də olub.

Qay Ritçinin rejissorluğu ilə çəkilən film 2019-cu ilin istehsalıdır. İlk dəfə 2020-ci ilin yanvarında nümayiş etdirilən film macəra-komediya janrındadır.

113 dəqiqə davam edən film ilk dəfə Birləşmiş Krallıqda, sonra isə ABŞ-da təqdim olunub. Filmin çəkilişi üçün 22 milyon dollar xərclənib.

Təqdim edildiyi gündən bu vaxta qədər bilet satışından 61 milyon dollar gəlir əldə olunub. Ekran işində Matthew McConaughey, Charlie Hunnam, Henry Golding, Michelle Dockery, Jeremy Strong, Eddie Marsan, Colin Farrell və Hugh Grant kimi tanınmış aktyorlar rol ifa edib.