"Stansiyada dalaşan siçanlar" qalib oldu "Bu şəkli çəkmək üçün 5 gün metroda yerdə gözlədim" FOTO


Digərləri 13 Fev 2020 10:29:43 225 0

"Stansiyada dalaşan siçanlar" qalib oldu  "Bu şəkli çəkmək üçün 5 gün metroda yerdə gözlədim"  FOTO

Bu şəkli çəkmək üçün 5 gün metroda yerdə gözlədim.

Son.az CNN-ə istinadla xəbər verir ki, bu sözləri çəkdiyi fotoya görə mükafatlandırılan fotoqraf Sam Rowley söyləyib.

Sam Rowley-in "Stansiya davası" adı ilə təqdim etdiyi foto 48 min şəkil arasında birinci seçilib və "Natural History Museum" tərəfindən mükafatlandırılıb.

Fotoqraf bildirib ki, bu anı tutmaq üçün xeyli əziyyət çəkib. Fotoqrafın dediyinə görə, o şəkli çəkmək üçün 1 həftəyə yaxın vaxt sərf edib və platformada uzanıb.

"Bu tamamilə şans işi olsa da, bu kadrları alındırmaq üçün 5 gün əziyyət çəkdim. Amma zəhmətim yerdə qalmadı", - fotoqraf söyləyib.