Sabiq nazir məhkəmə qarşısına çıxacaq


Dünya 13 Fev 2020 10:01:44 153 0

Sabiq nazir məhkəmə qarşısına çıxacaq

İtaliyada senat sağçı “Şimal Liqası” partiyasının lideri və sabiq Daxili İşlər naziri Matteo Salvininin toxunulmazlığını ləğv edib.

İtaliyada senat sağçı “Şimal Liqası” partiyasının lideri, ölkəninsabiq Daxili İşlər naziri Matteo Salvininin toxunulmazlığını ləğv edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, M.Salvini miqrantları daşıyan gəmini qəbul etmədiyinə görə ittiham oluna bilər.

İttihama əsasən, eks-nazirötən ilin avqust ayındaSiciliya adasının sahilində göyərtəsində 116 miqrantın olduğu gəmini qeyri-qanuni olaraq bir həftə müddətindəgözlədib.

M.Salvininin partiya yoldaşları toxunulmazlığın ləğvi ilə bağlı səsverməyə qatılmayıb və zalı tərk ediblər.

Salvini ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin iyul ayında İtaliya prokurorluğu “Şimal Liqası”nın Rusiya ilə ehtimal edilən sövdələşməsi ilə bağlı araşdırmaya başlamışdı. SalviniRusiyanın onun partiyasını maliyyələşdirməsi ilə əlaqədar bütün ittihamları rədd edir.