“Bunu edə bilmərsən, ixtiyarın yoxdur”


Şou-biznes 13 Fev 2020 09:55:00 171 0

“Bunu edə bilmərsən, ixtiyarın yoxdur”

Müğənni Yeganə Akbudak (Mürsəlova) efirlərdən gileylənib.

Son.az axşam.az-a istinadən bildirir ki, "7 canlı" verilişində qonaq olan sənətçi yayımlanan anonslardan razı qalmadığını bildirib:

"Bəzi verilişlərdən inciyirəm. Anonslarda elə başlıqlar qoyurlar ki, özümdən şübhələnirəm deyirəm "görəsən bu mənəm", "bəlkə belə hadisə olub xəbərim yoxdur". Reytinq yığmaq istəyirlər, ancaq mənim mənəviyyatıma toxunacaq bir şey qoya bilmərsən, ixtiyarın yoxdur. Anons gedir baxıram, səhəri gün həmin efirə getmirəm. Gözləyirlər ki, qonaq gələcək, amma gəlmir. Bu səbəbdən çox az verilişlərə gedirəm".