Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu


Dünya 13 Fev 2020 10:00:00 140 0

Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu

Fransanın Marsel şəhərində bədbəxt hadisə baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, mobil telefonu ilə hamamda çimmək istəyən 15 yaşlı qız həyatını itirib.

Gənc fransalı telefonu elektrik şəbəkəsinə qoşaraq vannaya uzanıb.

Lakin, gözlənilmədən yüklənmədə olan cihaz suyun içinə düşüb.

Nəticədə qız güclü cərəyan zərbəsi alıb.