Biznes üçün təlim və məsləhət xidmətləri


Digərləri 13 Fev 2020 09:47:06 168 0

Biznes üçün təlim və məsləhət xidmətləri

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları (KOB) və biznesə başlamaq istəyənləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən yararlanmağa dəvət edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur.

2020-ci ildə KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda KOB subyektləri üçün 150-dən çox təlim və netvörkinq, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, yeni KOB subyektlərinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il Bakıda və ölkə regionlarında daha 3 KOB İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır.