Bakıda kişi arvadının burnuna xəsarət yetirdi
Sosial 13 Fev 2020 09:31:57 121 0
Faktla bağlı araşdırma aparılır.
Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.
“Report”un xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayon, “Azadlıq” prospekti ərazsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlərinəticəsində F.İsmayılov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, 2 ədəd metadon və 1 ədəd tramadol aşkar edilərək götürülüb.
F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.
Faktla bağlı araşdırma aparılır.