Azərbaycan neftinin qiyməti 1,5% artıb


İqtisadiyyat 13 Fev 2020 09:36:18 154 0

Azərbaycan neftinin qiyməti 1,5%  artıb

Azərbaycan neftinin qiyməti 1,5% artıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,91 ABŞ dolları və yaxud 1,53% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.