Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb


Digərləri 13 Fev 2020 09:27:00 150 0

Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb

2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 79,77 faiz azalaraq 62 110 dollar təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azalaraq 166,974 milyon dollar təşkil edib.

Bu göstərici hesabat dövründə ölkənin ümumi ixracının 1,1 faizini təşkil edib.