Misir arxeoloqları 80dən çox qədim məzarlıqlar aşkar ediblər


Digərləri 13 Fev 2020 08:52:00 116 0

Misir arxeoloqları 80dən çox qədim məzarlıqlar aşkar ediblər

Misir arxeoloji qrupu ölkənin şimalında Dakahliya vilayətində yerləşən Umm əl-Xaljan rayonunda qazıntılar zamanı 83 qədim məzarlıq tapıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Tarixi Abidələr Nazirliyi bildirib.

Qeyd edilib ki, aşkar edilmiş məzarlıqların 80-i eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aiddır.

Bildirilib ki, bu məzarlıqlar oval çuxurlar şəklində düzəldilmiş, onların içərisində gil tabutlar və müxtəlif əşyalar tapılmışdır.