Elon Musk, insan beyni üçün neyrointerfeys hazırlanmasında inqilab edəcəyini bildirib


Digərləri 13 Fev 2020 08:55:00 134 0

Elon Musk, insan beyni üçün neyrointerfeys hazırlanmasında inqilab edəcəyini bildirib

Elon Musk, süni zəka texnologiyalarının sürətli inkişafından narahat olan şəxslərdən biridir. İnsan sivilizasiyasının bu cür texnologiyalardan qorunması üçün o, Neuralink şirkətini yaratdı. Bir çox mütəxəssis ilə alimin bu layihəyə skeptik yanaşmasına baxmayaraq Musk neyrointerfeys hazırlanması sahəsində inqilab yaradacağını bildirib. Bu barədə Inverse.com saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Neuralink layihəsinin əsas məqsədlərindən biri insan ilə kompüter arasında neyron şəbəkənin yaradılmasıdır.

Son.az technote.az-a istinadən bildirir ki, bu isə öz növbəsində görmə, danışma və eşitmə bacarıqlarını itirmiş şəxslərə gündəlik həyatda normal yaşamaq imkanını verəcək. Keçən ilin yay fəslində Musk Neuralink şirkəti tərəfindən yaradılmış N1 adlı çipdən danışmışdı. 4x4 ölçüsündə olan bu çip 1024 elektroddan ibarətdir. İnsanın qulaq ətrafında yerləşən induktiv cihaza Bluetooth vasitəsilə qoşulan 4 mikrosxem sayəsində istifadəçi öz fikrinin köməyi ilə kompüteri və ya smartfonu idarə edə bilər. Musk-ın sözlərinə əsasən bu il şirkət çipin daha təkmilləşdirilmiş versiyasını təqdim edəcək.

"Nəticədə həmin çip insult, uşaqlıqdan bəri olan hansısa xəstəlik və ya sonradan baş vermiş hansısa hadisə səbəbilə beynin itirilmiş bölgələrini bərpa edə biləcək. Potensial cəhətdən bu, beyin və motor funksiyalarının bərpasına yol aça bilər. Bunun digər yolla edilməsi məvcud deyil" - deyə Musk öz Twitter hesabında qeyd edib. Neuralink şirkətinin istiqamətlərindən biri həmçinin epilepsiya və Parkinson xəstəliyindən əziyyət çəkən insanların səhhətlərinin yaxşılaşdırılması ola bilər. Neuralink-in növbəti böyük təqdimatı bu ilin yay fəslinə planlaşdırılır. Musk-ın fikrincə bu yüksək texnoloji implantlardan artıq yaxın 5-7 ildə istifadə etmək mümkün olacaq.