Bakıda yol qəzasında bir neçə nəfər xəsarət aldı


Sosial 13 Fev 2020 01:09:13 151 0

Bakıda yol qəzasında bir neçə nəfər xəsarət aldı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

© Foto: "Report"

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində baş verən qəzada 1982-ci il təvəllüdlü Məmmədov İntiqam İltifat oğlu, 1984-cü il təvəllüdlü Səfərov Fərhad Nazim oğlu, 1984-cü il təvəllüdlü Ustinov Sergey Qriqori oğlu, 1992-ci il təvəllüdlü Qasımova Zəminə İbrahim qızı, 1995-ci il təvəllüdlü Ablasana Sərxan Xaləddin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İ.Məmmədova döş qəfəsinin əziyi, F.Səfərova sağ qolun və başın travması, S.Ustinova alnın çapılmış yarası, Z.Qasımovaya qarnın küt travması, S.Ablasanaya isə sağ ayağının sınığı diaqnozları qoyulub.