Saatlıda 70 yaşlı qadın zəhərləndi


Sosial 12 Fev 2020 22:28:13 125 0

Saatlıda 70 yaşlı qadın zəhərləndi

Saatlıda zəhərlənmə hadisəsi baş verib.

Saatlıda zəhərlənmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.

Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyeva Yazgül İnsafəli qızı ehtiyatsızlıqdan kimyəvi məhlul (“neafton”) içib. Çox keçmədən onun vəziyyəti pisləşib. Yaşlı qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Y.Mirzəyevanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.