Pirili-Muradxan-Sor-Sor avtomobil yolu yenidən qurulub - YENİLƏNİB - FOTO


İqtisadiyyat 12 Fev 2020 21:21:00 80 0

Pirili-Muradxan-Sor-Sor avtomobil yolu yenidən qurulub - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

"Report"xəbər verir ki, görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:

- Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu–Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.

İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.

Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.

Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir.

Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.

Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.

Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.

Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.

Sonra dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, yeni yol üzərində yol nişanları və göstərici lövhələr, siqnal dirəkləri və avtobus dayanacaqları quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

***14:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

"Report" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Arxiv işi ilə bağlı hüquqi aktlarda dəyişiklik ediləcək like
  • 12 Fev 21:20  
İqtisadiyyat Arxiv işi ilə bağlı hüquqi aktlarda dəyişiklik ediləcək

Azərbaycanda arxiv işi və ləğv olunmuş hüquqi şəxslərin arxiv fondu s

arrow Ətraflı
Maykl Ceksonun zorakılığı haqda danışdı like
  • 12 Fev 21:20  
Digərləri Maykl Ceksonun zorakılığı haqda danışdı

"Evdə tək" filmi ilə məşhurlaşan aktyor Makoley Kalkin "Esq

arrow Ətraflı
Bu ölkədə əhalinin sayı 100 milyon nəfəri ötüb like
  • 12 Fev 21:17  
Dünya Bu ölkədə əhalinin sayı 100 milyon nəfəri ötüb

Misirin İctimai Səfərbərlik və Statistika Agentliyinin məlumatına görə,

arrow Ətraflı
Milli Arxiv İdarəsinin texniki təchizatı gücləndirilir like
  • 12 Fev 21:16  
İqtisadiyyat Milli Arxiv İdarəsinin texniki təchizatı gücləndirilir

Milli Arxiv İdarəsi sürətli skan və surətçıxarma aparatları alacaq.

arrow Ətraflı
Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır like
  • 12 Fev 21:14  
Sosial Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır

​İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 12 Fev 21:14  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Qadınlara hücum edən manyak tutuldu like
  • 12 Fev 21:08  
Dünya Qadınlara hücum edən manyak tutuldu

Rusiyanın Xabarovsk əyalətində qadınlara bıçaqla hücum edən şəxs tutu

arrow Ətraflı
Azyaşlı qızı ayaqyolunda zorladı, telefonuna çəkdi like
  • 12 Fev 20:59  
Dünya Azyaşlı qızı ayaqyolunda zorladı, telefonuna çəkdi

Avstraliyada xərçəng xəstəliyindən əziyyət çəkən 56 yaşlı kişi rə

arrow Ətraflı
Azərbaycanda arxiv sənədlərinin sığorta fondu yaradılacaq like
  • 12 Fev 20:58  
Siyasət Azərbaycanda arxiv sənədlərinin sığorta fondu yaradılacaq

​Azərbaycanda Milli Arxiv Fondu sənədlərinin sığorta fondu yaradılacaq.

arrow Ətraflı
Mobil Dünya Konqresi koronovirusa görə ləğv edildi like
  • 12 Fev 20:53  
İqtisadiyyat Mobil Dünya Konqresi koronovirusa görə ləğv edildi

Beynəlxalq texnologiya sərgisi koronovirusa görə ləğv olunub

arrow Ətraflı
ABŞ İdlibdə Türkiyə obyektlərinin vurulmasını pisləyib like
  • 12 Fev 20:52  
Dünya ABŞ İdlibdə Türkiyə obyektlərinin vurulmasını pisləyib

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, görüş Ankarada Prez

arrow Ətraflı
Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlaması haqda xəbərin təfərrüatı məlum oldu like
  • 12 Fev 20:49  
Digərləri Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlaması haqda xəbərin təfərrüatı məlum oldu

Tərtərdə ananın azyaşlı oğlunu şişlə dağlaması haqda xəbərin təf

arrow Ətraflı
İran “Zəfər 2” peykini kosmosa göndərəcək like
  • 12 Fev 20:44  
Dünya İran “Zəfər 2” peykini kosmosa göndərəcək

"İran may-iyun aylarında "Zəfər 2" peykini kosmosa göndərə

arrow Ətraflı