Qadınlara hücum edən manyak tutuldu


Dünya 12 Fev 2020 21:08:00 124 0

Qadınlara hücum edən manyak tutuldu

Rusiyanın Xabarovsk əyalətində qadınlara bıçaqla hücum edən şəxs tutulub.

Son.az oxu.az-a istindən xəbər verir ki, 43 yaşlı kişinin fotorobotu iki zərərçəkmiş qadının köməkliyi ilə tərtib edilib.

Xəbərdə bildirilir ki, həmin şəxs bölgədə yaşayan iki qadına bıçaqla hücum edərək onları ağır yaralayıb.

Cinayətkar saxlanılan zaman hüquq-mühafizə orqanlarına müqavimət göstərməyib və cinayət silahını könüllü təqdim edib. Məlumata görə, o, həmin gün başqa bir qadına da hücum planlaşdırıb.

İstintaq prosesində saxlanılan şəxs törətdiyi əməlini etiraf edib.

Tutulan şəxsin dediyinə görə, sevgilisi ondan ayrıldığı üçün bütün qadınlardan qisas almaq qərarına gəlib.