Mobil Dünya Konqresi koronovirusa görə ləğv edildi


İqtisadiyyat 12 Fev 2020 20:53:42 114 0

Mobil Dünya Konqresi koronovirusa görə ləğv edildi

Beynəlxalq texnologiya sərgisi koronovirusa görə ləğv olunub

Fevralın 24-27-dəİspaniyanın Barselona şəhərində keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC 2020) ləğv olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar tədbirin təşkilatçısı GSM birliyinin (GSMA) İdarə Heyətinin iclasında qəbul olunub.

Məlumata görə, ümumilikdə, 100 min qonağın iştirak etməsi gözlənilən tədbirə Çindən 6 mindən çox insanın gəlməsi gözlənilirdi. Amma koronovirus səbəbindən 11 00-dən çox insanın ölümübdən sonra dünyanın texnologiya nəhəngləri ardıcıl olaraq tədbirdə iştirak etməyəcəklərini açıqlamışdılar.

Onların arasında “LG”, “Sony”, “Amazon”, “AT&T”, “Vodafone”, “İntel”, “Nvidia” kimi sektorun nəhəng şirkətləri də var.