İran “Zəfər 2” peykini kosmosa göndərəcək


Dünya 12 Fev 2020 20:44:00 101 0

İran “Zəfər 2” peykini kosmosa göndərəcək

"İran may-iyun aylarında "Zəfər 2" peykini kosmosa göndərəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi jurnalistlərə açıqlamasında deyib.

M.C.Azəri Cəhrominin sözlərinə görə, bununla əlaqədar "Simurq" raketi hazırlanmaqdadır.

Azəri Cəhromi əlavə edib ki, "Zəfər 2" peyki "Zəfər 1" peykinə çox bənzəyir, lakin kamerası daha güclüdür.

Qeyd edək ki, İran 9 fevralda "Zəfər 1" peykini kosmosa göndərib. Lakin peyk lazımi sürəti yığa bilmədiyi üçün uğursuzluqla nəticələnib.