“Öləndə məni basdırmasınlar”


Digərləri 12 Fev 2020 20:34:00 130 0

“Öləndə məni basdırmasınlar”

Türkiyəli müğənni Volkan Konak vəsiyyətini açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 52 yaşlı sənətçi konserti zamanı fikirlərini belə ifadə edib:

"Xahiş edirəm ki, öləndə məni basdırmasınlar, bütün bədənimi yandırsınlar. Bir qutuya qoyub Qaradənizin üstü ilə helikopterdən küllərimi aşağı töksünlər. Xüsusilə də Trabzonumun üstünə".

Qeyd edək ki, bundna öncə Meral Okay və Yıldız Kenter də eyni vəsiyyəti etmiş, lakin onların istəkləri yerinə yetirilməmişdi.