Şotlandiya sahillərində naməlum varlığın sümükləri tapılıb


Dünya 12 Fev 2020 20:07:58 143 0

Şotlandiya sahillərində naməlum varlığın sümükləri tapılıb

Şotlandiya sahillərində tufan nəticəsində sudan kənara atılmış naməlum canlının skeleti tapılıb.

Şotlandiyasahillərində tufan nəticəsində sudan kənara atılmışnaməlum canlının skeleti tapılıb.

“Report” xəbər verir ki, “Twitter”də paylaşılan fotoda təsvir olunan böyük bir skeletin qabaq hissəsində buynuza bənzər çıxıntılar görünür.

İstifadəçilərin bir qismi bunun balinaya, bəziləri orkaya, başqaları da xırmançı köpəkbalığına aid olması barədə fikirlər irəli sürüblər. Bəziləri isə hətta məşhur Lox Ness gölünün monsterini yada salır, hansı yollasa açıq dənizə keçib burada tələf olduğunu irəli sürürlər.

Hələlik bu sümüklər alimlər tərəfindən təyin olunmayıb.