"Azİz" Xocalı qurbanlarının xatirəsini yad edəcək


Digərləri 12 Fev 2020 19:31:00 113 0

"Azİz" Xocalı qurbanlarının xatirəsini yad edəcək

"Azİz" - İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsrailin Qüds şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad ediləcək. "Xocalı üçün ədalət" adlanan tədbir fevralın 21-də saat 10.00-dan 13.00-ə qədər "Prezident Meşəsində" yerləşən "Xocalı-613" bağında keçiriləcək.

Qeyd edək ki, "Azİz" - İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 13 ildən artıqdır ki, İsraildə fotosərgi, elmi-praktik konfranslar, kitab təqdimatları kimi tədbirlər təşkil etməklə Xocalı faciəsinin tanınması istiqamətində fəaliyyət göstərir. Bu fəaliyyət çərçivəsində bir neçə il bundan öncə Qüds şəhərinin yaxınlığında "Prezident Meşəsi" adlanan məkanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə 613 ağac əkilib və həmin vaxtdan etibarən soyqırımda həlak olanların xatirəsi bu parkda ehtiramla anılır.