OPEC koronavirusla əlaqədar neftə tələbatın artım proqnozunu azaldıb


İqtisadiyyat 12 Fev 2020 19:17:25 116 0

OPEC koronavirusla əlaqədar neftə tələbatın artım proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2020-ci ildə dünyada neftə gündəlik tələbatın artım proqnozunu 230 min barel azaldaraq 990 min barelə endirib.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2020-ci ildə dünyada neftə gündəlik tələbatın artım proqnozunu 230 min barel azaldaraq 990 min barelə endirib.

“Report” bu barədətəşkilatın fevral hesabatına istinadən xəbər verir.

Məlumata görə, proqnoza düzəliş Çində yayılmışkoronavirusla əlaqədardır. Bu ilin I yarısında Çininneftə gündəlik tələbatının 200 min barel, qlobal tələbatın isə400 min barel azalacağı gözlənilir. Azalmaya səbəb kimi isə əsasəntəyyarə yanacağına tələbatın azalması göstərilir.

Xatırladaq ki, OPEC 2019-cu il üçün də gündəlik tələbatın artımına dair proqnozu 20 min barel azaldaraq 910 min barelə endirmişdi. Beləliklə, dünyada neftə tələbatın həcmi ötən ilki 99,74 milyon barelə qarşı cari ildə 100,73 milyon barel səviyyəsində gözlənilir.

Həmçinin OPEC-ə üzv ölkələrdə 2020-ci il üçün tələbata dair proqnoz 200 min barel azaldılaraq 29,3 milyon barelədək endirilib. Bu da ötən ilə nisbətən gündəlik 1,3 milyon barel azalma deməkdir.

Qeyri-OPEC ölkələrində neft təklifinin artımına dair cari il üçün proqnoz 100 min barel azaldılaraq 2,25 milyon barelədək endirilib. Ötən ilə dair təklifin artımına dair proqnoz isə əvvəlki hesabata nisbətən 20 min barel artırılaraq 1,88 milyon barelə çatdırılıb. Bununla yanaşı, Kanada, ABŞ, Qayana, Braziliya, Avstraliya, Norveç kimi ölkələrdən neft ixracınınartacağı gözlənilir.