Sinqapurda bankın 300 əməkdaşı təxliyə olundu


Dünya 12 Fev 2020 19:09:00 127 0

Sinqapurda bankın 300 əməkdaşı təxliyə olundu

Sinqapurda "DBS Asia" bankının mərkəzi ofisinin 300 əməkdaşı təxliyə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna əməkdaşlardan birinin koronavirusa yoluxması səbəb olub.

Qeyd olunur ki, bununla əlaqədar olaraq "Marina Bay" biznes mərkəzinin 43-cü mərtəbəsində işləyən əməkdaşlar evə göndərilib. Həmin mərtəbə isə dezinfeksiya edilib.

Binanın digər mərtəbələrində işləyənlərə təxliyə tapşırığı verilməyib.