Mənzildən 56 yaşlı kişi meyiti tapıldı
Digərləri 12 Fev 2020 18:49:00 101 0
Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Şükürov Salman Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: milli.az