Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokolda dəyişikliklər edilib


Siyasət 12 Fev 2020 18:12:00 129 0

Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokolda dəyişikliklər edilib

Prezident İlham Əliyev 2015-ci il 24 noyabr tarixli "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol"da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2015-ci il 24 noyabr tarixli "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol"da dəyişikliklər edilməsi barədə 2019-cu il dekabrın 20-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına bildiriş göndərsin.