Azərbaycanda arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib


Sosial 12 Fev 2020 17:45:42 129 0

Azərbaycanda arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamarxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə imzalanıb.

Sərəncamla “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.