OPEC bu il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb


İqtisadiyyat 12 Fev 2020 17:47:37 44 0

OPEC bu il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb

Ölkədə gündəlik ortalama neft hasilatı 0,8 mln barel olacaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

“Report”un aylıq hesabatına istinadən bildirir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 0,01 mln barel artacaq.

Daha öncə təşkilatın proqnozunda bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,79 mln barel olacağı deyilirdi. Yeni proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,8 mln barel olacaq.

Hesabatda qeyd edilir ki, ötən il ərzində Azərbaycanda ortalama neft hasilatı 0,02 mln barel azalaraq 0,79 mln barel təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barel olub. Bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin dekabrın 9-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Azərbaycanda arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib like
  • 12 Fev 17:45  
Sosial Azərbaycanda arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında arxiv işinin inkişaf

arrow Ətraflı
Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutuna yeni rektor təyin edib like
  • 12 Fev 17:45  
Siyasət Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutuna yeni rektor təyin edib

Prezident İlham Əliyev Azad Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun

arrow Ətraflı
Liviyanın taleyi: Berlin konfransı nəyə təminat verdi? like
  • 12 Fev 17:44  
Dünya Liviyanın taleyi: Berlin konfransı nəyə təminat verdi?

Son.az newtimes.az-ın yazısını təqdim edir:

arrow Ətraflı
Prezident yeni rektor təyin etdi like
  • 12 Fev 17:42  
Sosial Prezident yeni rektor təyin etdi

Prezident İlham Əliyev Azad Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun

arrow Ətraflı
Keçmiş məhkumun evindən qumbara tapıldı like
  • 12 Fev 17:38  
Digərləri Keçmiş məhkumun evindən qumbara tapıldı

Qobu qəsəbə sakini S.Salmanovun evindən "F-1" markalı qumbara, 1

arrow Ətraflı
Aydın Quliyev: "Radikal müxalif dairələr xalqın fikrini çaşdırmağa çalışır" like
  • 12 Fev 17:33  
Siyasət Aydın Quliyev: "Radikal müxalif dairələr xalqın fikrini çaşdırmağa çalışır"

"9 fevral seçkilərində məğlub olmuş və seçkidə ümumiyyətlə işt

arrow Ətraflı
Gürcüstanın sabiq prezidenti siyasətə qayıdır like
  • 12 Fev 17:31  
Dünya Gürcüstanın sabiq prezidenti siyasətə qayıdır

Onun siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məs

arrow Ətraflı
AFFA rəsmiləri UEFA seminarında like
  • 12 Fev 17:27  
Sosial AFFA rəsmiləri UEFA seminarında

Rusiyanın paytaxtı Moskvada UEFA-nın regional oyun nümayəndələri üçün

arrow Ətraflı
“Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik” like
  • 12 Fev 17:27  
Şou-biznes “Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik”

Vaqif Gərayzadənin tələbələri hazırda ölkənin əsas müğənniləridir.

arrow Ətraflı
Dünyanın ən yaşlı adamının adı açıqlanıb like
  • 12 Fev 17:22  
Dünya Dünyanın ən yaşlı adamının adı açıqlanıb

Hazırda 112 yaşı olan yaponiyalı Titetsu Vatanabe dünyanın ən yaşlı ins

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı like
  • 12 Fev 17:22  
Digərləri Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Kürdəmirdə 960 şagird yerlik yeni məktəb binası tikiləcək  SƏRƏNCAM like
  • 12 Fev 17:16  
Siyasət Kürdəmirdə 960 şagird yerlik yeni məktəb binası tikiləcək SƏRƏNCAM

Prezident İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi bi

arrow Ətraflı
Prezident Kürdəmirdə uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb like
  • 12 Fev 17:14  
Sosial Prezident Kürdəmirdə uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körp

arrow Ətraflı
Paytaxtda piyadanı maşınla vurub öldürən sürücü yaxalandı like
  • 12 Fev 17:14  
Digərləri Paytaxtda piyadanı maşınla vurub öldürən sürücü yaxalandı

Bakıda piyadanı maşınla vurub hadisə yerindən qaçan sürücü saxlanılı

arrow Ətraflı