Gürcüstanın sabiq prezidenti siyasətə qayıdır


Dünya 12 Fev 2020 17:31:15 122 0

Gürcüstanın sabiq prezidenti siyasətə qayıdır

Onun siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məsələ ilə bağlı müxalifətlə məsləhətləşmələrə hazır olduğunu qeyd edib

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili (2013-2018) siyasətə qayıdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü yerli mətbuata bildirib.

Sabiq dövlət başçısıdeyib ki, Gürcüstan ciddi təhlükə qarşısındadır və ölkənin qərbmeylli kursunun dəyişməməsi üçün hər şey etməyə hazırdır: “Biz Gürcüstanın demokratik və qərbyönümlü kursunu dəyişməyə imkan verməyəcəyik. Bu, ölkənin nə vaxtsa demokratik olacağı ümidi ilə yaşayanlar üçün əhəmiyyətlidir. Biz bu seçimi müdafiə etməyə çalışacağıq”.

G.Marqvelaşvili siyasətə hansı formada qayıdacağını dəqiqləşdirməyib və bu məsələ ilə bağlı müxalifətlə məsləhətləşmələrə hazır olduğunu qeyd edib.