Keçmiş məhkumun evindən qumbara tapıldı


Digərləri 12 Fev 2020 17:38:00 132 0

Keçmiş məhkumun evindən qumbara tapıldı

Qobu qəsəbə sakini S.Salmanovun evindən "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Salmanovun evindən "F-1" markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.