“Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik”


Şou-biznes 12 Fev 2020 17:27:00 190 0

“Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik”

Vaqif Gərayzadənin tələbələri hazırda ölkənin əsas müğənniləridir. Hərəmizə bir mahnı oxutdururdu və bilirdi ki, oxuyan adam nəyə qadirdir. Ancaq bizdən sonrakı qruplar səhnə üçün yaranmadı.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında müğənni Elnur Məmmədov deyib.

Sənətçi efirlərdən uzaq gəzməsinə aydınlıq gətirib:

"İki il sonra ilk dəfə verilişə çıxmışam. Efir var ki, efirə çıxaq? Öz evimdə istəmirəmsə, ailəm o kanala baxsın, ora çıxaram? Heç vaxt! Nümunəvi bir şey görmürəm. Ancaq bir-birini sındırır, qırır, tənqid edir, təhqir edirlər. Bundan başqa heç nə görmürük. Heç vaxt qalmaqalım olmayıb. Mənə söz atanlara belə cavab verməmişəm. Üç il olar ki, maqazin verilişlərinə, 10 il olar ki, sayt, qəzet və jurnallara müsahibə vermirəm. İki ildir heç bir konsertə getmirəm. Ancaq əsgərlərə konsert verirəm. Canlı verilişlərə belə çıxmaq istəmirəm. Çünki 10-15 dəqiqə gecikmə ilə efirə gedir. Sözümüzü deyirik, lakin kəsib efirə istədikləri kimi verirlər. Müğənnini başqa cür təqdim edirlər. İnsanların gözündə bizi başqa cür formalaşdırırlar. Məsələn məni tək çağırırlar, başqasını cüt çağırırlar. Mənə hörmətlə yanaşırlar, təzə müğənniləri sındırırlar. Bu da mənə pis təsir edir. Ay bədbəxt,  sənin qarşısındakı təzə efirə çıxsa da, sənin ondan fərqin yoxdur. Hamımız bir kəfənə bürünüb gedəcəyik".

O, Samir Bayramlının "Fəxri ad alan həmkarlarınızın uğuruna sevindiniz" sualına "Sevindim, amma hamısına yox" deyə, cavab verib.

E.Məmmədov ad çəkməsə də, bəzi sənətçiləri qəbul etmədiyini söyləyib: